ABŞ Beynəlxalq Ticarət Komissiyası Apple-ın ən yeni ağıllı saat modelləri olan Apple Watch Ultra 2 və Apple Watch Series 9-un satışını Masimonun patentlərini pozduğunu əsas gətirərək qadağan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Beynəlxalq Ticarət Komissiyasının Oktyabr ayında tibbi monitorinq texnologiyası şirkəti Masimo-nun şikayətindən sonra Apple-a sözügedən ağıllı saatların idxalını və satışını dayandırmağı əmr edən qərarına ABŞ prezidenti Co Baydenin administrasiyası veto qoymayıb.
ABŞ Ticarət Nümayəndəliyinin (USTR) verdiyi açıqlamada xatırladılıb ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası Apple-ın ABŞ-da yerləşən Masimo və Cercacor Laboratories-ə məxsus iki patenti pozduğunu müəyyən edib.
Açıqlamada, diqqətli məsləhətləşmələrdən sonra ABŞ Beynəlxalq Ticarət Komissiyasının qərarının ləğv olunmayacağına qərar verildiyi və sözügedən qərarın bu gündən etibarən yekunlaşdığı bildirilib.
Əfsanə
Manşet.az