Zaurun verilişinin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA - Bu, rəhbərliyin mövqeyidir"

20:21 - 25 Yanvar 2024

Zaurun verilişinin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA - Bu, rəhbərliyin mövqeyidir

Xəbər verdiyimiz kimi "ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb. 

 

Manset.az  məsələ ilə bağlı ATV kanalının bədii şurasının rəhbəri Etibar Babayevlə əlaqə saxlayıb. 

O, doğru qərarın verildiyini bildirib:

"Yayımın dayandırılması ilə bağlı qərar mənim iştirakım olmadan verilib. Əgər efirdə qeyri-etik ifadələr işlədildiyinə görə verilişi bağlayıblarsa, doğru ediblər. Yəgin ki, bu, ATV-nin rəhbərliyinin mövqeyidir".

Qeyd edək ki, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu hadisədən sonra "Bizimləsən" proqramının efiri yarıda dayandırılıb.

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin