"İlhamə Quliyeva məndən üzr istədi" - Vasifdən şok etiraf

13:54 - 29 Yanvar 2024

Vasif Məhərrəmli illər sonra İlhamə Quliyeva ilə bağlı açıqlama edib.

 

Manset.az Azxeber.com-a istinadən xəbər verir verir ki, ATV telekanalında "Rəngarən səhərin" qonağı olan Əməkdar artist Vasif Məhərrəmli Xalq artisti İlhamə Quliyevanın ona yazdığı mesajdan danışıb.

O, bildirib ki, İlhamə xanım mesaj vasitəsi ilə səhvən insident yaşadığlarına görə ona üzürxahlıq edib:

"Mən şou biznesi İlhamə xanım idarə edirdi fikrinə qatılmıram. Elə şey yox idi. O zaman mənimlə də kiçik bir insident yaşanmışdı. Amma yaxşı ki, o özü başa düşdü səhv olduğunu və mənə mesaj yazdı. 4-5 ay biz küsülü olduq. Mən onu inandıra bilmədim ki, arada gəzənlər var, mən elə adam deyiləm. Nəhayət ki, o mənə özü mesaj yazdı, dedi ki, səhv məndə olub, məni bağışla, məni aldadıblar. Mən dərhal ona zəng etdim, dedi gəl bizə. Getdim bir xeyli söhbət elədik. Hər şey aydınlaşdı. Onu yola salanda da vida mərasimində ona dedim ki, haqqımı halal edirəm, rahat uyuyun".

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin