Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olundu – FOTO

19:50 - 6 Fevral 2024

Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olundu – FOTO

Bu gün Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib.

 

Manset.az  xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb.

Qeyd olunub ki, şair çağdaş poeziyamızda öz dəst-xəti ilə seçilir. Onun şeirlərinə çoxsaylı mahnılar bəstələnib və tanınmış müğənnilər tərəfindən ifa olunur.

Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəziroğlu bu ordenə layiq görülüb.

 


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin