Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salındı

11:51 - 12 Fevral 2025

Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salındı

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev öz “X” hesabında paylaşım edib. 

“Enerji sistemimizi bərpa etmək üçün zəruri elektrik avadanlıqlarından ibarət olan mühüm humanitar yardımın növbəti hissəsi Azərbaycandan Ukraynaya yola salınıb”, - deyə səfir qeyd edib.

Husyev, həmçinin dayanıqlı dəstək və həmrəyliyə görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkürünü də qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv