Manset.az xəbər verir ki, bu barədə psixiatr-psixoterapevt Fəhmin Haqverdiyev qonaq olduğu verilişdə qeyd edib. Aparıcı Zümrüd Rüstəmova və psixiatr-psixoterapevt Fəhmin Haqverdiyev "YouTube" platformasında yayımlanan verilişdə “qurban psixologiyası” mövzusunu müzakirə ediblər.
Müzakirə zamanı bildirilib ki, qurban psixologiyasında olan insanlar, istər haqlı, istərsə də haqsız olduqları hallarda, özlərini daim zərərçəkmiş kimi hiss edir və bütün dünyanın onlara qarşı olduğuna inanırlar.
Verilişdə bu psixoloji durumun yaranmasına səbəb olan travmalar, insanların niyə bu rola düşdüyü və bu vəziyyətdən çıxış yolları geniş şəkildə izah olunub.
Fəhmin Haqverdiyev qeyd edib ki, qurban psixologiyası ilə yaşamaq insanın gündəlik həyat keyfiyyətini azaldır və psixoloji problemlərin dərinləşməsinə səbəb ola bilər.
Sözügedən verilişi təqdim edirik: