İlham Əliyev Baş nazirlə işçi naharda

18:07 - 16 May 2025

İlham Əliyev Baş nazirlə işçi naharda

Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.


Manset.az xəbər verir ki, dövlət başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri iki ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv