Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında həyəcan siqnalının verilməsi barədə xəbərlər təkzib olunub.
Manset.az xəbər verir ki, bununla bağlı “Caliber” məlumat yayıb.
“Ermənistan mediasının yerli sakinlərə istinadla yaydığı məlumatlara görə, Gümrüdəki rus hərbi bazasında heç nə baş vermir. Bildirilir ki, obyektin ərazisində hətta işıqlar belə yanmır”.
01:43
Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında həyəcan siqnalı verilib.
Manset.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, hərbi bazada dörd minədək şəxsi heyətin olduğu bildirilir.