"Qafanda təcili tibbi yardım maşınının vurulması ilə bağlı məlumat yalandır" - Azərbaycan MN

03:54 - 13 Sentyabr 2022

\"Qafanda təcili tibbi yardım maşınının vurulması ilə bağlı məlumat yalandır\" - Azərbaycan MN

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az