"Bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür” - Prezident

19:37 - 13 Sentyabr 2022

\"Bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür” - Prezident

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Manset.az xəbər verir ki, bu barədə dövlət başçısı sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edərkən bildirib.

Qeyd edək ki, görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az