Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını PİSLƏDİ

21:09 - 13 Sentyabr 2022

Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını PİSLƏDİ

Türk Dövlətləri Təşkilatının baş katibi baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir.

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Təşkilatın yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, TDT beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyir və Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır.

“TDT-na üzv dövləti Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olunan davam edən razılaşmalara əməl etməyə çağırır. Katiblik həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”,- deyə bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az