Erməni hərbi ekspert Qaren Hovhannisyan Azərbaycan Ordusunun yüksək səviyyədə təchiz olunmasından danışıb.
Manset.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, o qeyd edib ki, Azərbaycan hökuməti öz ordusu üçün heç nəyi əsirgəməyib:
"Azərbaycan hərbçilərinin hər birinə milyonlarla dollar xərcləyib. Xüsusi təyinatlıların döyüşçüləri müxtəlif ölkələrdə, əsasən də Türkiyədə beynəlxalq kurslar keçiblər".