“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində ilk uçuşlar icra olundu - VİDEO

16:26 - 29 Aprel 2023

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində ilk uçuşlar icra olundu - VİDEO

Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az