Azərbaycanda balıqçılar itkin düşdü - Axtarış aparılır

09:50 - 10 Dekabr 2025

Azərbaycanda balıqçılar itkin düşdü - Axtarış aparılır

Astara rayonunda balıqçılar itkin düşüb.


Manset.az-ın əldə etdiyi məlumata görə, Astara rayonunda Xəzər dənizinə qayıqla balıq tutmağa çıxan balıqçıların itkin düşdüyü bildirilir. Hadisə ötən gün baş verib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları gəmi və katerlərlə balıqçıların axtarışlarını davam etdirirlər.

İlkin ehtimala görə, iki nəfərin itkin düşdüyü qeyd olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az