logo
logo logo
logo

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama 

15:55 - 26 Noyabr 2026

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama 

Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası yayılıb.


Manset.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı APA-ya açıqlama verib.

Bildirilib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil.

Səfirlikdən onu da qeyd ediblər ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir.

Səfirlik hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az