logo
logo logo
logo

Bakıda “narkoekspeditor” saxlanıldı

17:20 - 26 Noyabr 2026

Bakıda “narkoekspeditor” saxlanıldı

Qaradağ rayonunda polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.


Manset.az xəbər verir ki, tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən İ.Daşdəmirov saxlanılıb.

Onun avtomobilindən ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla İ.Daşdəmirovun xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az