logo
logo logo
logo

Gömrükdə 10 minədək bəyan edilməyən dərman aşkarlandı 

17:40 - 27 Noyabr 2026

Gömrükdə 10 minədək bəyan edilməyən dərman aşkarlandı 

Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb:

"Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar.

Moskva-Bakı reysi ilə gələn Rusiya Federasiyası vətəndaşının baqaj və əl çantaları üzərində gömrük nəzarəti tətbiq edilib.

Stasionar rentgen qurğusunda keçirilən baxışda şübhəli təsvirlər müşahidə edildiyindən vətəndaşa məxsus baqaj və əl çantaları gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı çantalardan gömrük orqanına bəyan edilməyən 5 adda 9900 həb və 250 iynədən ibarət dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az