2019-cu ildən indiyə kimi övladlığa verilmiş uşaqların sayı açıqlanıb

22:40 - 12 Yanvar 2024

2019-cu ildən indiyə kimi övladlığa verilmiş uşaqların sayı açıqlanıb

Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu il tarixindən indiyədək 504 uşaq övladlığa verilib.

 

Sosial Xidmətlər Agentliyindən Manset.az-a verilən məlumata görə, onlardan 253-ü oğlan, 251-i isə qızdır.

Məlumatda qeyd edilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az