Şamaxı-İsmayıllı yoluna əlavə polis heyəti cəlb olundu - FOTO

21:37 - 13 Yanvar 2024

Şamaxı-İsmayıllı yoluna əlavə polis heyəti cəlb olundu - FOTO

Şamaxı-İsmayıllı avtomobil yolunda hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.

Yollara xüsusi avtomobillərlə qum və duz səpilir. Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az