Şəmkirdə qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - YENİLƏNDİ (VİDEO)

10:13 - 15 Yanvar 2024

Şəmkirdə qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - YENİLƏNDİ (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı avtomobilin idarəetməni itirərək yol kənarında dayanmış ZİL markalı sudaşıyan avtomobilə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

09:04

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı yük maşını digər ZİL markalı su maşınına arxadan çırpılıb.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, biri isə ağır xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az