Prokurorluğa işə qəbul edilənlərin sayı açıqlandı

11:56 - 15 Yanvar 2024

Prokurorluğa işə qəbul edilənlərin sayı açıqlandı

Müsabiqə yolu ilə prokurorluq orqanların qəbul olunmuş şəxslərin sayı prokurorluğun kadr korpusunun 89.1 %-ni təşkil edir.

 

Manset.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışında bildirib.

K.Əliyev qeyd edib ki, son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib:

“Onların 1097-si kişi, 106-sı isə qadındır. Hazırda onlardan 1009 nəfəri prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirir. Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89.1 %-ni təşkil edir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az