Masallıda güclü şaxta 2000 abonenti qazsız qoydu

09:39 - 16 Yanvar 2024

Masallıda güclü şaxta 2000 abonenti qazsız qoydu

Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, nəticədə 2 min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.

"Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir" - deyə, məlumatda vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az