ABŞ Ukraynaya qoşun göndərməyəcək

22:13 - 27 Fevral 2024

ABŞ Ukraynaya qoşun göndərməyəcək

Ağ Ev Co Baydenin daha əvvəl ABŞ-ın Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə bildirdiyini xatırladıb.

 

Manset.az  xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Uatson bildirib.

Xanım Uotson əlavə edib ki, ABŞ prezidentinin fikrincə, Ukraynanın qələbəyə aparan yolu Konqresdən Ukrayna qoşunlarının silah və sursata malik olması üçün hərbi yardım paketini qəbul etməsidir.

Qeyd edək ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Parisdə bir sıra Avropa dövlətlərinin başçıları ilə görüşündən sonra mətbuat konfransında deyib ki, o, Qərb ölkələrindən Ukrayna ərazisinə hərbçilərin göndərilməsini istisna etmir.

Polşa, İsveç, Almaniya, Slovakiya, Çexiya, Macarıstan, İtaliya və Böyük Britaniya öz qoşunlarını Ukraynaya göndərmək niyyətində olmadıqlarını bəyan ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az