İsrailin Baş naziri Binyamin Netanyahu ötən gün dünyasını dəyişən yəhudi əsilli Rotşildlər ailəsinin 4 nəsil lideri, 87 yaşlı Ceykob Rotşild üçün başsağlığı mesajı paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahu mesajında "19-cu əsrdə baron Rotşild gələcək yəhudi dövlətinin qurulmasına əvəzsiz töhfələr verdi. 20-21-ci əsrlərdə Lord Yakob Rotşild bu qürurverici ənənəni davam etdirdi" ifadələrini qeyd edib.
Xatırladaq ki, 1991-1999-cu illər arasında İngiltərə Parlamentinin yuxarı palatası olan Lordlar Palatasının üzvü olan Rotşild öldüyü zaman "4-cü Rotşild baronu" ünvanına sahib idi. Baron titulunu oğlu Nataniel Filip Rotşild daşıyacaq.
Əfsanə Rəcəb
Manşet.az