Ozon dəliyinin kəşfi ilə bağlı işləri ilə tanınan alim Riçard S.Stolarski vəfat edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 82 yaşlı Ridçard S.Stolarski xərçəng xəstəliyindən əziyyət çəkib.
O, atmosferin nəzəri fizikası və kimyası üzrə ixtisaslaşmış və peyklərdən alınan məlumatlar ilə ozon dəliyini təhlil edib.
Riçard S.Stolarski işinə görə Stratosfer Ozonunun Mühafizəsi Mükafatını və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Qlobal Ozon Mükafatını alıb.
Əfsanə Rəcəb
Manşet.az