İstanbul boğazında (Bosfor) gəmilərin hərəkəti dayandırılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsindən bildirilib.
Qeyd edilir ki, qatı duman səbəbindən boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Boğazın açılacağı vaxt barədə məlumat verilməyib.