İordaniya Kralı II Abdullah Qəzza zolağının şimal bölgələrinə havadan humanitar yardımın endirilməsi əməliyyatında iştirak edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qəzzada fələstinlilər yardım almaq üçün sahilə axışıb.
Kral II Abdullahın iştirak etdiyi hava əməliyyatı ilə bağlı İordaniya Ordusundan yazılı açıqlama verilib.
Açıqlamada, “Ali Baş Komandan Əlahəzrət Kral II Abdullah Qəzza zolağındakı insanlara yardım və ərzaq yardımı etmək məqsədi ilə İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin həyata keçirdiyi hava əməliyyatlarında iştirak edib” ifadələrinə yer verilib.
Həmçinin, açıqlamada, Kral Abdullahın yola düşməzdən əvvəl təyyarələrin hazırlıq və yükləmə mərhələlərini birbaşa izlədiyi bildirilib:
“Beynəlxalq qardaş və dost ölkələrin səylərinin bir hissəsi olaraq, Qəzza zolağı xalqının əziyyətini yüngülləşdirməyə yönəlmiş humanitar yardım əməliyyatının bir parçası 3-ü İordaniya Kral Hərbi Hava Qüvvələrinə, 3-ü Birləşmiş Ərəb Əmirlikləri, Misir və Fransaya aid olmaqla, C130 tipli 6 təyyarə paytaxt Ammandan havaya qalxıb”.
Əfsanə Rəcəb
Manşet.az