Ətrafınızdakı bəzi insanlar diqqəti cəlb etmək üçün heç vaxt əlavə səy göstərməzlər. Onların üzərində sanki doğuşdan gələn bir işıq var. Çəkici olduqları üçün hər kəs onlar haqqında hər şeylə maraqlanar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ən maraqlı və cəlbedici 4 bürc aşağıdakılardır:
TƏRƏZİ
Tərəzilər adətən çox gözəl və ya çox yaraşıqlıdırlar. Bədən xətləri və üz cizgiləri çox formalıdır. Hər kəs onların görünüşünə heyran olur. Tərəzilər özlərini çox sevirlər. Bu səbəbdən baxımlarına heç vaxt laqeyd olmurlar. Onları dağınıq və baxımsız görmək mümkün deyil. Tərəzilər hər zaman ahəngdar və balanslı görünüşü ilə diqqət çəkir. Onların təbii yumşaq və havalı davranışları onları mükəmməl göstərir. Tərəzilərin ədalət və bərabərlik hissi çox inkişaf etmişdir.
DOLÇA
Dolça bürcləri son dərəcə sosialdır. Onlar yeni insanlarla tanış olmağı və dostları ilə vaxt keçirməyi sevirlər. Dolça bürcləri mehriban olduqları üçün hamı ilə söhbət etməyi sevirlər. Dolça bürcləri heç kimin maraqlanmadığı müxtəlif mövzularla maraqlanırlar. Düşüncələri digər insanlardan çox fərqlidir. Bu xüsusiyyətləri onları digər insanlardan fərqləndirir. Dolça bürcünün aurası və enerjisi çox yüksək olduğu üçün heç kim onların yanında darıxmaz. Doğuşdan intelektual olan dolçalar insanlarda axtardığı güvəni tapmadığı zaman soyuqqanlı tərəflərini üzə çıxarırlar.
ŞİR
Astrologiyanın ən havalı bürclərindən biri olan Şir hər hərəkəti ilə bütün diqqəti çəkir. Şirlərin yumor hissi çox inkişaf etmişdir. Ətrafdakı insanları şirin söhbəti ilə dərhal heyran edə bilirlər. Şirlər son dərəcə şəndirlər və həmişə güclü görünürlər. Onların təşkilatçılıq bacarıqları çox inkişaf edib və böyük planlar qura bilirlər. Bu xüsusiyyətləri Şir bürcünü çox cəlbedici edir. Onları müəyyən edən xüsusiyyətlərə özünə inam, alicənablıq, liderlik və yaradıcılıq daxildir. Adətən heç kim Şir bürcünə müqavimət göstərə bilməz.
ƏQRƏB
Əqrəblər həmişə özləri haqqında maraq oyadırlar. Çünki əqrəb bürcləri astrologiyada ən sirli bürclərdəndir. Hər kəs onların sirli həyatı ilə çox maraqlanar. Əqrəblərin enerjisi və aurası həmişə yüksəkdir. Əqrəblər sirr saxlamaqda ən etibarlı bürclərdən biridir. İntuisiyaları son dərəcə güclüdür. Onlar isti və mehriban davranışları ilə hər kəsin diqqətini çəkərlər. Onların qarşısıalınmaz bir cazibəsi var.
Əfsanə Rəcəb
Manşet.az