Hizbullah Hərəkatının Livanın cənubunda İsrail ordusu ilə toqquşmada daha bir üzvü öldürülüb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hizbullah itkilərlə bağlı yeni açıqlama verib.
Açıqlamada Mahmud Əli Həmmud adlı üzvünün öldürüldüyünü qeyd edib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda həlak olan Hizbullah üzvlərinin sayı 220-yə yüksəlib.
Bundan əlavə, toqquşmalarda 45 livanlı mülki şəxs, 11 Amal Hərəkatı, 12 Həmas və 12 İslami Cihad üzvü, həmçinin 6 mülki İsrail vətəndaşı və 11 əsgər həlak olub.
Jalə
Manşet.az