Türk İncəsənət Musiqisinin güclü ifaçısı Muazzez Abacı, səhnədəki möhtəşəmliyinin arxasında fırtınalı bir həyat yaşayırdı. Karyerasında böyük uğurlara imza atan ustad sənətçi, şəxsi həyatında isə gözlərdən uzaq şəkildə böyütdüyü qızı Saba ilə illərlə səssiz bir mübarizə aparmışdı. ABŞ-da keçirdiyi ürək krizi sonrası 78 yaşında həyatını itirən Abacının arxasında həm incəsənət dünyasında dərin izlər qoyan bir karyera, həm də film kimi bir həyat hekayəsi qaldı.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçən oktyabr ayında ürək problemləri səbəbilə anjiyo olunan və stent müalicəsi tətbiq edilən Abacının vəfatını meneceri Taner Budak açıqladı.
Budak, sənətçinin vəfatı ilə bağlı sosial media hesabından verdiyi açıqlamada, "Böyük bir kədər içində sənətçimiz Muazzez Abacını 78-ci doğum günündə itirdik. Onun sevgisi, gülər üzlü və gözəl qəlbi daim xatırlanacaq," sözlərini söylədi. Tam adı Hicran Muazzez Abacı olan sənətçi, 12 Noyabr 1947-ci ildə Ankarada dünyaya gəlib. 1990-cı ildə "Vurgun" adlı albomu ilə satış rekordları qırıb.