Məşhur türk müğənni geri döndü

23:15 - 13 Noyabr 2025

Məşhur türk müğənni geri döndü

1990-cı illərin unudulmaz pop mahnılarından “Beni Aldattın” (“Məni aldatdın”) ilə bir dövrə damğa vuran türkiyəli müğənni Asya, uzun fasilədən sonra yenidən geri dönüb. İllərə meydan oxuyan gözəlliyi ilə “sanki gənclik iksiri içib” kimi şərhlər alan məşhur müğənni, son paylaşımları ilə həm pərəstişkarlarını təəccübləndirib, həm də nostalji ab-havası yaradıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, səssizliyini yeni layihələri ilə pozan Asya, musiqiyə olan sevgisindən heç vaxt vaz keçmədiyini bir daha sübut edib. Türk pop musiqisinin sevilən adlarından olan Asya, əsl adıyla Tülay Keçialan, 1 mart 1965-ci ildə Əskişəhərdə anadan olub.

1990-cı illərin duyğusal pop musiqisinin simvollarından birinə çevrilən Asya, sənət yoluna məşhur müğənni Nilüfərin dəstəyi ilə başlayıb və illər ərzində bir çox unudulmaz mahnılarla karyerasını zirvəyə daşıyıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az