Çin və Hindistan arasında sərhəd gərginliyinin davam etdiyi Ladakh bölgəsində Hindistan rəsmiləri Mudh-Nyoma Hava Bazasını fəaliyyətə başlayıb.
Manset.az-ın NDTV telekanalına istinadən məlumatına görə, Hindistan rəsmiləri Hindistanın nəzarətində olan, lakin mübahisəli Ladakh bölgəsində yerləşən Mudh-Nyoma Hava Bazası ilə bağlı açıqlama veriblər.
Rəsmilərin bildirdiyinə görə, Çinlə Hindistan arasındakı müvəqqəti sərhədi təşkil edən Faktiki Nəzarət Xəttindən (LAC) təxminən 25 kilometr məsafədə yerləşən hava bazası artıq istifadəyə verilib. Onlar bu addımın “Hindistan ordusunun döyüşə hazırlıq qabiliyyətini artıracağı”nı vurğulayıblar.
Həmçinin qeyd olunub ki, hava bazasının fəaliyyətə başlamasından sonra oradan döyüş təyyarələri, helikopterlər və hərbi-nəqliyyat təyyarələri istifadə edə biləcək.