“Küçük Ceylan” kimi tanınan müğənni Ceylan Avcı son vaxtlar keçirdiyi estetik əməliyyatlar və görünüşündəki böyük dəyişikliklərlə diqqət mərkəzində qalmağa davam edir. Tez-tez imicini dəyişməsi ilə gündəmə gələn Ceylan sosial şəbəkələrdən də fəal şəkildə istifadə edir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni paylaşdığı şəkillərdə istifadə etdiyi filtrlərin artıq dərəcədə çoxluğu ilə də nəzər çəkir.
51 yaşlı Ceylanın köhnə görünüşündən demək olar ki, əsər-əlamət qalmayıb və onun yeni paylaşımları geniş müzakirələrə səbəb olub.
Bu zaman Ceylan Nişantaşı ərazisində görüntülənib.
Snob Magazin əməkdaşlarının onu çəkdiyini görən Ceylan utancaq davranışlar nümayiş etdirib və sosial şəbəkədə paylaşdığı görüntülərdən tamamilə fərqli bir halda olub.
Sosial şəbəkədəki paylaşımları ilə real görünüşü arasında böyük fərq olduğunu iddia edən istifadəçilər tərəfindən müğənniyə iradlar bildirilib. Ceylanı görənlər belə şərhlər yazıblar: “Kaş ki, bu təbii halında qalsa”, “Paylaşımlardakı tamam başqa biridir”, “Bu, açıq-aşkar aldadılmadır”.