Tanınmış türk aktrisa münasibətini belə açıqladı - FOTO

23:00 - 14 Noyabr 2025

Tanınmış türk aktrisa münasibətini belə açıqladı - FOTO

Son həftələrdə Baturalp Bekarla münasibətdə olduğunu sosial şəbəkə vasitəsilə təsdiqləyən Nilperi Şahinkaya bu dəfə romantik paylaşımı ilə gündəmə gəlib. Məşhur aktrisa sevgilisi ilə çəkilmiş fotosuna “Aşığam, saat 04:58-də paylaşım edirəm” qeydi yazaraq hisslərini açıq şəkildə ifadə edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisalığı ilə yanaşı şəxsi həyatı ilə də tez-tez şou-biznes gündəminə düşən Nilperi Şahinkaya yeni münasibətə başlayıb. 2024-cü ilin sonunda heykəltəraş Emre Yusufi ilə yollarını ayıran məşhur aktrisa həmin ayrılığı “kin saxlamadan bitən bir münasibət” kimi xarakterizə etmiş və o zaman sevgi həyatına ara verdiyini bildirmişdi.

2025-ci ilin yayında barəsində yayılan eşq iddialarına “Həyatımda heç kim yoxdur, yalnız anamla məşğulam” cavabını verən Şahinkaya, bir neçə həftə əvvəl rejissor Baturalp Bekar ilə görüntülənmişdi. Bu iddiaları səssiz şəkildə təsdiqləyən aktrisa artıq zaman-zaman sevgilisi ilə çəkilmiş fotoları sosial şəbəkə hesabında paylaşmağa başlayıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az