ABŞ-dən hücum - 3 ölü var

10:17 - 17 Noyabr 2025

ABŞ-dən hücum - 3 ölü var

ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Şərq Sakit Okeanında beynəlxalq sularda narkotik daşıyan bir gəminin vurulması nəticəsində 3 narkoteroristin öldüyünü açıqlayıb. ABŞ ordusu, beynəlxalq narkotik kartellərinə aid başqa bir gəminin də hədəf alındığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) verdiyi açıqlamada, Cənub Mızrağı Əməliyyatı çərçivəsində həyata keçirilən hücumun 15 noyabrda Şərq Sakit Okeanında beynəlxalq sularda narkotik daşıyan bir gəminin üzərinə təşkil edildiyi bildirilib.

Açıqlamada, hücumun ABŞ Müdafiə naziri Pete Hegsethinin əmri ilə həyata keçirildiyi qeyd olunub. “Əldə olunan məlumatlar, gəmiyin qanunsuz narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, tanınmış bir narkotik qaçaqmalçılığı marşrutundan keçdiyini və narkotik daşıdığını təsdiqləmişdir” ifadələrinə yer verilib. Hədəf alınan gəminin “Terör təşkilatı” olaraq müəyyən edilən bir cinayət şəbəkəsinə aid olduğu vurğulanıb. “Hücum nəticəsində, gəmidəki 3 narkoterorist öldürülüb” deyə əlavə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az