Bu ölkənin keçmiş prezidentinə edam cəzası verildi - SƏBƏB

17:07 - 17 Noyabr 2025

Bu ölkənin keçmiş prezidentinə edam cəzası verildi - SƏBƏB

Banqladeşdə məhkəmə, 2024-cü ilin iyul ayında baş verən etirazlarda yaşanan insan itkilərinə görə, sabiq Baş Nazir Şeyx Hasina Vəcidin edamına qərar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Banqladeş Beynəlxalq Cinayət Məhkəməsi (ICT), 2024-cü ildəki etirazlarda meydana gələn insan itkilərində məsuliyyət daşıdığı iddiasıyla Şeyx Hasina Vəcidə qarşı açılan idam tələb edən iş üzrə qərarını açıqlayıb.

Üç hakimdən ibarət jürinin qərarına görə, Hasina Vəcidin insanlığa qarşı cinayət törətdiyi bəlli olub.

Keçmiş Daxili İşlər Naziri Asaduzzaman Khan Kamal və Banqladeş Polisinin Baş Müfəttişi Chowdhury Abdullah Al-Mamun haqqında da eyni mühakimə tətbiq edilib.

Məhkəmə, Şeyx Hasina Vəcidə edam cəzası təyin edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az