WhatsApp-dan yeni özəlliklər gəlir

22:26 - 18 Noyabr 2025

WhatsApp-dan yeni özəlliklər gəlir

WhatsApp, iOS istifadəçiləri üçün beta versiyasında çoxlu hesab dəstəyini istifadəyə verib. Bu yenilik sayəsində istifadəçilər məxfiliyi və yazışma tarixçəsini riskə atmadan tətbiq daxilində bir neçə hesabı eyni vaxtda idarə edə bilirlər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Beta sınaqlarında iştirak edən istifadəçilər WhatsApp-ın ayarlar bölməsinə “Hesab Siyahısı” adlı yeni bir bölmə əlavə olunduğunu müəyyən ediblər. "WaBetaInfo"nun məlumatına görə, tez-tez hesab dəyişməli olanlar üçün daha əlverişli sayılan xüsusi bir düymə də QR kod nişanının yanında yerləşdirilib.

Yeni quruluş bir neçə profilin idarə olunmasını xeyli sadələşdirmək məqsədilə hazırlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az