Ailədaxili gərginlik və qəyyumluq işi ilə gündəmdə olan İbrahim Tatlıses bu dəfə Yeni il proqramı ilə yenidən müzakirə mövzusuna çevrilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddialara görə, məşhur sənətçi Yeni il gecəsində ilk dəfə olaraq Gürcüstanın Batumi şəhərində səhnəyə çıxacaq və bu konsertdən 6 milyon lirə gəlir əldə edəcək.
Türkiyə telekanallarının birində yayımlanan “Gəl Danışaq” proqramında bu iddia irəli sürülüb.