72 yaşlı türkiyəli məşhur aktyor Necati Bilgiçin hazırda qaldığı qocalar evində çəkilən son görüntüləri pərəstişkarlarını dərindən təsirləndirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yeşilçam dövrünün unudulmaz simalarından olan aktyorun fiziki dəyişimi sosial şəbəkələrdə böyük kədər yaradıb.
Yeşilçam dövrünün tanınmış simalarından olan təcrübəli aktyorun son görüntüləri sürətlə gündəm olmuş, sosial şəbəkələrdə “Bir dövrün ulduzu yaşlanmış, amma işığı sönməyib” kimi şərhlər yazılıb. Məşhur aktyorun sağlamlıq vəziyyəti və qocalar evindəki həyatı haqqında əlavə məlumatlar isə pərəstişkarlarının marağını çəkib. Kemal Sunal və Şener Şənlə birgə rol aldığı Yeşilçam filmləri ilə yaddaşlara həkk olmuş usta aktyor Necati Bilgiç, bu dəfə son görüntüsü ilə diqqət çəkib. Bir çox klassik filmində unudulmaz obrazlar canlandıran 72 yaşlı sənətçinin, sağlamlıq problemləri səbəbindən qocalar evində yaşadığı məlum olub.