Tramp bu suala qəzəbləndi - "ABC"ni bağlatdırmaq istədi

12:14 - 19 Noyabr 2025

Tramp bu suala qəzəbləndi - \"ABC\"ni bağlatdırmaq istədi

ABŞ Prezidenti Donald Tramp Jeffrey Epstein skandalı ilə bağlı sual verdiyi üçün ABC kanalının müxbirini kəskin tənqid edib və telekanalın lisenziyasının ləğv olunmalı olduğunu bildirib.


Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağ Evdə keçirilən mətbuat konfransı zamanı baş verib. ABC müxbirinin Epstein fayllarının açıqlanması ilə bağlı sualını Tramp “bərbad sual” adlandırıb və kanalı “saxta xəbər yaymaqda” ittiham edib. O, ABC-nin “ciddi şəkildə cəzalandırılmalı olduğunu” deyib.

Tramp həmçinin Epsteinlə əlaqələrinin olmadığını vurğulayaraq, onunla münasibətlərinin illər əvvəl kəsildiyini bildirib.

Həmin videonu təqdim edirik: 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az