Dəhşətli fırtınada 5 turist öldü

12:54 - 19 Noyabr 2025

Dəhşətli fırtınada 5 turist öldü

Şilinin turistlər üçün məşhur Patagonya bölgəsində təbiət gəzintisi edən 5 turist güclü fırtına səbəbindən həyatını itirib, 7 nəfər isə itkin düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Patagonya bölgəsindəki Torres del Paine Milli Parkında yürüyüş edən turistlər qəflətən güclü fırtınaya tuş gəlib.

İlk məlumata görə, 2 Meksikalı, 2 Alman və 1 İngilis turistin həyatını itirdiyi, 7 nəfərin isə itkin düşdüyü bildirilib.

Fırtına zamanı küləyin sürətinin saatda 189 kilometri keçdiyi, bölgədə qarla qarışıq yağışın müşahidə edildiyi qeyd olunub.

Şili Meşəçilik Təşkilatının (CONAF) açıqlamasına görə, 24 nəfərlik axtarış-xilasetmə qrupu əraziyə göndərilib və itkin düşənlərin tapılması üçün işlərin yüksək diqqətlə davam etdirildiyi bildirilib.

Çətin relyef və əlverişsiz hava şəraiti səbəbindən itkin şəxslərin sağlamlıq vəziyyətindən narahatlıq duyulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az