Aparıcı və prodüser Acun Ilıcalı 2026-cı ilin "Survivor" yarışmasında iştirak edəcək məşhur adları sosial media hesabı vasitəsilə elan etməyə davam edir. Ilıcalı son olaraq, Deniz Çatalbaş'ın "Survivor 2026"da yer alacağını açıqladı.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Survivor 2026" yarışması üçün geri sayım başlayıb. Bu ana qədər yarışma siyahısına daxil olan adlar arasında Bayhan, Dilan Çıtak, Keremcem, Mert Nobre, Serhan Onat, Meryem Boz və Murat Arkın da yer alır.