Ajda Pekkana üzücü xəbər

16:18 - 20 Noyabr 2025

Ajda Pekkana üzücü xəbər

Ajda Pekkanın bacısı olan Semiramis Pekkan, ötən ay xərçəngə tutulduğunu açıqlayaraq, pərəstişkarlarını məyus etmişdi.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, cərrahiyyə əməliyyatının ardından müalicəyə başlayan Pekkan, son vəziyyəti ilə bağlı sosial media hesabından məlumat paylaşıb. Saçlarını itirdiyini və peruk istifadə etməyə başladığını deyən Semiramis Pekkan, müalicəsinin davam etdiyini və ona göstərilən dəstək mesajları üçün təşəkkür etdiyini vurğulayıb.

Türk musiqisinin unudulmaz simalarından olan Semiramis Pekkanın səmimi açıqlamaları qısa müddətdə gündəm olub.

Sənətçi, sosial şəbəkədə yayımladığı video ilə həm pərəstişkarlarını üzmüş, həm də onlara ümid vermişdi. Pekkan, başına gələn bir qəza nəticəsində ölümün əlindən qaçdığını danışdığı anlarla da böyük maraq yaradıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az