Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 22-23 noyabr tarixlərində Yoxannesburqda keçiriləcək 20-ci G20 Liderlər Zirvəsinə qatılmaq üçün Cənubi Afrika Cümhuriyyətinə səfər edəcək.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezidentin Kommunikasiya Şöbəsinin rəhbəri Burhanəttin Duran, sosial media hesabında bu ziyarətə dair etdiyi açıqlamada, aşağıdakı məlumatları paylaşıb:
"Prezidentimiz, 'Həmrəylik, Bərabərlik, Davamlılıq' əsas mövzusu altında keçiriləcək Zirvə zamanı müxtəlif sessiyalarda çıxış edəcəkdir. Prezidentimizin Zirvə çərçivəsində Cənubi Afrika Cümhuriyyəti Prezidenti Sirl Ramafosa başda olmaqla, G20 liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşmələri planlaşdırılmaqdadır".