Məşhur türk aktyor əməliyyat olundu

16:33 - 20 Noyabr 2025

Məşhur türk aktyor əməliyyat olundu

Məşhur aktyor Yılmaz Erdoğanın qardaşı, aktyor və bəstəkar Deniz Erdoğan, ürəyindəki əsas damarların 90 faizinin tıxandığı aşkarlandıqdan sonra təcili əməliyyata alınıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sinə ağrısı və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edən Deniz Erdoğanın ürəyindəki ən vacib damarın 90 faizinin tıxandığı müəyyən edilib. Əməliyyatın ardından, Erdoğana stend qoyulub və müalicəsi intensiv terapiya bölməsində davam etdirilir.

Erdoğanın həyat yoldaşı Elif Erol Erdoğan, son 48 saat ərzində intensiv terapiya və cərrahiyyə bölmələri arasında baş verənləri sosial media hesabında paylaşmışdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az