Zelenski ABŞ-dən müharibənin həllinə dair plan layihəsini alıb

21:34 - 20 Noyabr 2025

Zelenski ABŞ-dən müharibənin həllinə dair plan layihəsini alıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb.


Manset.az xəbər verir ki, bunu Ukrayna liderinin Ofisi "Telegram" kanalında bəyan edib.

"Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb", – deyə məlumatda qeyd olunur.

Zelenskinin ofisi vurğulayıb ki, Ukrayna tərəfi ABŞ tərəfdaşları, eləcə də Avropa və digər beynəlxalq iştirakçılarla konstruktiv işləməyə hazır olduğunu təsdiqləyib.

"Ukrayna Prezidenti yaxın günlərdə ABŞ prezidenti Donald Tramp ilə diplomatik imkanları və sülhün əldə olunması üçün əsas şərtləri müzakirə etməyi planlaşdırır", – bəyanatda qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az