İndoneziyanın Cava adasında güclü yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 23-ə yüksəlib, 28 nəfərin isə itkin düşdüyü bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) rəsmisi Abdul Muhari açıqlamasında bildirib ki, Çilacap şəhərində daha 4 nəfərin cəsədi tapılıb və bununla da ölənlərin ümumi sayı 20-yə çatıb.
İtkin düşən 3 nəfərin axtarışı isə davam etdirilir.