Əfsanəvi Meksikalı sənətçi Frida Kahlonun bir otoportreti Nyu-Yorkdakı auksionda 54,66 milyon dollara satılıb. Auksion evinin məlumatına görə, bu, bir qadın sənətçiyə aid əsərə ödənilən ən yüksək qiymət olub. Dünyanın ən məşhur rəssamlarından və populyar simalardan biri olan Frida Kahlonun 1940-cı il tarixli "El sueño / la cama" (Yuxu / Yatak) adlı otoportreti Nyu-Yorkda keçirilən auksionda satışa çıxarılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 40 milyon ilə 60 milyon dollar arasında təxmini qiymətləndirilən tablo 54,66 milyon dollara alıcı tapıb.
Kahlo, əsərində özünü göydə buludlar arasında süzülən bir yuxuda, üzərində bacakları dinamit çubuqları ilə sarılmış bir skeletti təsvir edib. Bu tablo satış qiymətinə görə rekord qırıb.
Eserin qiyməti, 2014-cü ildə amerikalı sənətçi Georgia O'Keeffe-in 1932-ci il tarixli "Jimson Weed/White Flower No. 1" əsərinə verilən 44,4 milyon dollar olan rekorddan daha yüksək olub.
Sotheby’s auksion evi, Kahlonun əsərinin "bu günə qədər auksionda satılan bir qadın sənətçiyə məxsus ən qiymətli əsər" olduğunu açıqlayıb. Müzayədə evi həmçinin bildirib ki, bu əsər "1940-cı ildə, Kahlonun karyerasında müəyyənedici bir on il ərzində, Diego Rivera ilə qarşıdurmalarla dolu münasibətləri zamanı yaradılıb".
Rekord vurmuş bu satış, Nyu-Yorkdakı auksion evinin iki gün əvvəl Avstriyalı sənətçi Gustav Klimtin 236,4 milyon dollara satılan bir tablosu ilə vurduğu başqa bir rekorddan sonra gerçəkləşib. Bu əsər, auksionda satılan ən bahalı ikinci sənət əsəri olub.
Auksionda satılan ən bahalı tablo hələ də Leonardo da Vincinin 2017-ci ildə 450 milyon dollara alınmış "Salvator Mundi" əsərinə məxsusdur.
2022-ci ildə isə Frida Kahlonun bəyənməyərək zibilə atdığı başqa bir otoportreti auksionda 8,63 milyon dollara satılmışdı.
1954-cü ildə dünyasını dəyişən Frida Kahlo, yalnız bənzərsiz əsərləri ilə deyil, həm də diqqətçəkən həyat hekayəsi ilə məşhurdur. 18 yaşında ağır bir avtomobil qəzası keçirən Kahlo, həyatının boyunca 32 dəfə əməliyyat olunmuş, yaşadığı ağrılardan qaçmaq üçün rəsmlər çəkməyə başlamışdı.