Braziliyada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişməsi Çərçivə Sazişi 30. Tərəflər Konfransı (COP30) zamanı baş verən yanğın səbəbilə toplantı sahəsindəki iştirakçılar təxliyə edilib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın, zirvəyə qatılan ölkələr və beynəlxalq təşkilatların stendlərinin yerləşdiyi "Mavi Zona"da başlamışdır.
Təhlükəsizlik personalı tərəfindən təcili çıxışlar açılaraq, Mavi Zona’dakı iştirakçılar təxliyə edilib.
Qısa müddətli panikaya səbəb olan yanğında, indiyə qədər heç bir can itkisi bildirilmir.
Yanğının baş vermə səbəbi və verdiyi zərərin müəyyənləşdirilməsi üçün əraziyə mütəxəssis qruplar göndərilib.
Braziliyanın Turizm naziri Selso Sabino, yanğınla bağlı mətbuat nümayəndələrinə verdiyi açıqlamada, "Bir COP-a od qoymaq üçün həqiqətən çox pis biri olmanız gərəkir" dedi.
Nazir, yanğının səbəbinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, lakin hadisənin qəsdən törədilməsinə ehtimal vermədiyini bildirdi.
Rəsmi şəxslər, yanğında yaralanan olmadığını və binadakı hər kəsin təhlükəsiz şəkildə təxliyə edildiyini açıqladılar. Lakin binanın zərər gördüyü və iştirakçıların yenidən içəri alınmasının bir neçə saat çəkəcəyi bildirildi.