Qazdan zəhərləndiyini düşünürdülər - Yaşlı qadını görün kim öldürübmüş

11:28 - 21 Noyabr 2025

Qazdan zəhərləndiyini düşünürdülər - Yaşlı qadını görün kim öldürübmüş

Amasiyada evində qaz sızmasından zəhərlənərək öldüyü iddia edilən 76 yaşlı Fatma Kılıçın, İstanbulda yaşayan qardaşının qohumu Haşim Özer tərəfindən boğularaq öldürüldüyü müəyyən edilib. Özer həbs edilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə, 24 mart tarixində, Türkiyə saatı ilə 01:30 radələrində Üçlər kəndində baş verib. Fatma Kılıçla iki gündür telefonla əlaqə qura bilməyən uzaq qohumları, qonşularından yardım istəyiblər.

Qonşularının qapını döyüb içəri daxil olmağa çalışdıqları zaman, içəridən heç bir səs gəlməyib. Şübhələnən qonşular vəziyyəti 112 Təxirəsalınmaz Xidmət Mərkəzinə bildirib. Bildiriş üzərinə, hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib. Yanğınsöndürənlər qapını açaraq içəri girdikdə, Kılıçı mətbəxə sərilmiş yatağında hərəkətsiz vəziyyətdə tapıblar. Tibb işçiləri, Kılıçın həyatını itirdiyini müəyyən ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az